2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Unikal.org xəbər verir ki, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaq. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması da yarışa qatılacaq.

Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə, Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.

Yığmamızın heyətinin və oyunlarının vaxtını diqqətinizə çatdırırıq:

Şabiyev Kamran - Vətən

Fərzəliyev Fərrux - Vətən

Tanırverdiyev Bəhruz - Vətən

Rəhimov Mirismayıl - Qarabağ

Vəliyev Vüsal - Vətən


Həsənov Rəşad - Keşlə

Əbilov Əbil - Keşlə

Kazımov Kamal - Qəbələ

Baxşəliyev Mehrac - Qəbələ

Cabbarov Ayxan - SAVEDALENS İF (İsveç)

Qənbərov Vüsal - Technofootball FK (İspaniya)

Mədətov Ülvü - Qəbələ

Damadayev Süleyman - Qəbələ

Hüseynov Cəlal - Zirə

Əsədov Gülağa - Zirə

Mirzəzadə Vüsal - Qəbələ

Əliyev Elnur - Qarabağ

Həsənov Vaqif - Keşlə

Cəfərov Nihad - Neftçi

Səmədov Ümid - Kəpəz

Seyfullayev Həsən - Kəpəz

23.04.2018

16:00. Türkiyə-2 - Azərbaycan

25.04.2018

16:00. Gürcüstan - Azərbaycan

27.04.2018

17:00. Türkiyə - Azərbaycan