Saatlı sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Qarayev kəndində kanalda balıq tutan rayonun Qaranuru kənd sakini, 1976-cı il təvəllüdlü Abışov Elçin Sabir oğlunu elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.