İngiltərənin köklü klublarından olan "Arsenal" uzun illərdən sonra mövsümün sonunda Arsen Vengerlə yollarını ayıracaq.

Bu barədə unikal.org klubun rəsmi saytına istinadən xəbər verir.

"Bu barədə çox düşündüm. Klubun vəziyyətini göz önünə gətirərək belə qərar verdim. Hiss edirəm ki, hazırda "Arsenal"dan getməyim üçün ən ideal vaxtdır. Mən kluba uzun illər onun şərəfini qorumağıma şəarit yaratdığı üçün təşəkkür edirəm. "Arsenal" üçün hər şeyimi verdim və buna görə də bütün klub çalışanlarına, oyunçulara, direktorlara və azarkeşlərə çox sağ ol demək istəyirəm. Çünki "Arsenal"ı özəl edən onlardır" - Arsen Venger deyib.

Qeyd edək ki, Venger 1996-cı ildən bəri "topçular"ın başındadır. Onun rəhbərliyi altında komanda 3 dəfə Premyer Liqa , 7 dəfə isə ölkə və liqa kuboku çempionluğu yaşayıb.