SON XƏBƏRLƏR
18 Avqust 2018
Metroda siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirildi
CƏMİYYƏT 14:02 / 20.04.2018
Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib.

Unikal.org-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən indiyə qədər Bakı Metropoliteni stansiyalarında, keçidlərində və vaqonlarda siqaret çəkmək qadağan edilib. Dəyişikliyə əsasən artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.