SON XƏBƏRLƏR
26 May 2018
25 May 2018
Qanuna dəyişiklik edildi - Bu şəxslər sponsor ola bilməz
CƏMİYYƏT 14:23 / 20.04.2018
Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilir.

Unikal.org-un xəbərinə görə, qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır.

Layihədə bildirilib ki, dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanın, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Qanuna edilən əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam "Reklam haqqında" qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.