Çində sərxoş olan şəxs sabahı gün özünü pis edərək xəstəxanaya müraciət edib. Müayinədən sonra kişinin anusundan (arxa nahiyyəsindən ) 2 pişik balığının girdiyi aşkarlandı və o təcili əməliyyat olunub.

Unikal.org xəbər verir ki, Çinin Guangzhou şəhərində yaşayan 45 yaşlı şəxs hadisə günü çox içki içdiyini və balıqların bədəninə özlərinin girdiyini bildirdi.

Yüksək hərarət, təzyiqi az olan və şiddətli mədə ağrısı olan çinlinin bədənindən uzunluğu 6 və 4 santimetr olan balıqlar çıxarılıb.Həkimlər bildirib ki, əgər balıqlar yuxarıda olan orqanlara çatsaydı xəstənin ölərdi.Ciddi infeksiyası olan xəstə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.