"Artıq Azərbaycan xarici turistlər üçün ucuzlaşmış turizm ölkəsi sayılır"

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

O qeyd edib ki, 10 il əvvəl bu sahədə vəziyyət o qədər də yaxşı olmayıb: "Biz bu problemləri mərhələli şəkildə həll edirik. Bölgələrdə 1-2 mehmanxananın ətrafında rəqib olmadıqca və parallel işləyən turizm şirktlətlərinin olmaması qiymətlərin 1 qütblü inkişafına gətirib çıxarır. Devalivasiyadan sonra xarici turistlərin sayı 35 faiz azalıb. Bu gün turizm bazarında rəqabət o qədər güclüdür ki, bu qiymətləri hissə-hissə aşağı salır. Ancaq amansız rəqabət aparılmamalıdır".

R.Quliyev bildirib ki, bayramlar ərəfəsində bölglərdə və Bakıda yer tapmaq müşkül məsələyə çevirilir: "Artıq Azərbaycan vətəndaşları da erkən rezrvasiyalarda iştirak etməyə başlayıblar. İstər xarici, istər yeri turistlər erkən rezervasya ilə büdcələrinə və istəklərinə uyğun bir qiymət əldə edə bilərlər".