ABŞ-ın "Sandia National Laboratories laboratoriyasının əməkdaşları SİM-kartlardan ekoloji vəziyyəti korlamadan qızıl əldə etməyin üsulunu kəşf ediblər.

Unikal.org-un ICTnews-a istinadən xəbər verir ki, SİM-kartların kontaktlarını örtən sarı rəngli metal əslində aşağı əyyarlı qızıldır.

Elektron tullantıların ənənəvi emal metodları, məsələn, civənin tətbiqini nəzərdə tutur ki, bu da təhlükəlidir. Lakin Deyl Huberin rəhbərlik etdiyi kimyaçıların yeni metodu ultrasəsli dalğalar vasitəsilə SİM-kartlardan qızıl hasil etməyə imkan verəcək.