Bu gün Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon və Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov arasında görüş keçirilib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər ikitərəfli əlaqələr, o cümlədən strateji sabitlik məsələlərini müzakirə ediblər.
"ABŞ dövlət katibinin müavini bildirib ki, rəsmi Vaşinqton Rusiya ilə açıq dialoqun tərəfdarıdır. Tərəflər strateji sabitliyin qorunmasının vacibliyinə dair razılığa gəliblər", deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.
Məlumata görə, danışıqlar bir saata yaxın davam edib.