Konya şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. 

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,  "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Konya şəhərində qeydə alınıb.

Belə ki, avtobus Kayseri şəhərindən Antalyaya gedən avtobus Konya-Aksaray avtomobil yolunda qəzaya düşüb. Nəticədə 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.  Məlumatda bildirilir ki, Antalyaya gedən  Tufan K. idarəsindəki 41 TB 029 seriya nömrəli sərnişin avtobusu yağışın təsirindən sürüşkənləşən  küçədəki qovşaqda idarə etməni itirib. Qəzadan sonra sürücü və 18 sərnişin yaralanıb. Qəza səbəbiylə hadisə yerinə bir sıra polis və 112 Təcili Sağlamlıq qrupları göndərilib. Yaralanan sərnişinlər səhiyyə işçilərinin ilk müdaxiləsinin ardından təcili yardıma alınıb.