Türkiyənin "Beşiktaş klubunun prezidenti Fikrət Orman bu gün Bakıya gələcək.

Unikal.org  xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Məlumata görə, klub rəhbərinin Azərbaycana səfəri bir günlük olacaq.

Bakıda "Beşiktaşın prezidentinin adına futbol turniri təşkil ediləcək. Orman da məhz Azərbaycan "Beşiktaşlılar dərnəyi tərəfindən təşkil olunan turnirin açılışını etmək üçün paytaxtımıza gəlir.