Baş nazir Novruz Məmmədov hazırda parlamentdə yeni postunda ilk çıxışını edib. 

Unikal.org xəbərinə görə,  o bildirib ki, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: 

"Düzü bu günə qədər danışmağa sevirdim, indi başqa sahəyə keçirəm. Daha çox işləmək lazımdır.Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. 

Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək lazımdır. Bundan sonra ölkənin inkişafı üçün əlimdən gələni etməyə çalışacağam.

N.Məmmədov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox böyük layihələr həyata keçirib: "Ölkəmiz beynəlxalq əməkdaşlığa böyük töhfələr verib. İqtisadi sahədə indiyədək əldə etdiyimiz uğurları daha da konkretləşdirmək lazımdır. Qarşımda duran əsas vəzifə budur. Ölkəmiz siyasət, iqtisadiyyat, mədəniyyət və s. sahələrdə uğurlar əldə edib.