43 yaşlı Cerom Hamon adlı Fransız etdirdiyi üz tarnsplantasiyasından sonra sifətinin deformasiya olması səbəbindən ikinci dəfə əməliyyat olunub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı fransız Cerom Hamon dünyada 2 dəfə üz transplantasiyası etdirən ilk xəstə kimi tarixə düşüb. Genetik bir xəstəlik səbəbindən 2010-cu ildə üz transplantasiya etdirən Hamonun ilk əməliyyatı uğurlu alınsa da 5 il sonra soyuqdəymə əlehinə istifadə etdiyi antibiotiklər onun ikinci sifətini də pis hala salıb. Belə ki antibiotik dərmanlar bədəninin "yeni üzünü rədd etməsinə səbəb olub. Üzünün hüceyrələri yavaş-yavaş ölən Hamon yenidən bıçaq altına girib, ölü toxumalar təmizlənib.

Məlumatda bildirilir ki, 2017-ci ildə Parisdə xəstəxanada qalan Hamon aylarla üzü olmadan yaşamaq məcburiyyətində qalıb. 22 yaşında ölən bir gənc Hamon üçün ümid olub. Cerom Hamonun ikinci üz transplantasiyası 16 yanvarda baş tutub. Həkimlər hələlik əməliyyatın uğurlu olduğunu qeyd edir. Yeni sifəti ilə çox gənc görünən Hamon, 3-cü üzünü də itirməmək üçün xüsusi dərmanlar qəbul edir.