Aprelin 18 da Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.

Unikal.org Qafqazinfo.az-a istinadən xəbər verir ki, onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.

İki idmançının itkin düşməsi barədə aidiyyəti qurumlara məlumat verilib. Lakin, 4 gündür aparılan axtarışlardan nəticə əldə olunmayıb.