Hindistan höküməti yeni qanun layihəsini qəbul edib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeni qanunda 12 yaşından kiçik uşaqlara təcavüz edənləri edam cəzasını nəzərdə tutulub. 

Baş nazir Narendra Modinin müraciəti əasasında toplanan kabinet üzvləri Cəza Hüququnda 12 yaşından kiçik azyaşlılara təcavüz edənlərin edam olunması qeyd edilən qərarnaməni qəbul edib. 

6 ay ərzində parlamentin təsdiq edəcəyi qanun layihəsi Nazirlər kabineti tərəfindən dövlət başçısı Ram Nath Kovinde göndərilib. 

Qeyd edək ki, Hindistandakı mövcud qanuna görə azyaşlılara təcavüz edən şəxslər ömürlük həbs cəzasına məhkum edilir.