Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıb.

Unikal.org-un məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Baş nazirinin yeni müavini təyin edilib.

Qeyd edək ki, A.Şərifov 1995-ci ildən Baş nazirin müavini vəzifəsində işləyib. E.Əfəndiyev 1993-cü ildən, İ.Abbasov isə 2013-cü ildən Baş nazirin müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.