Sahil Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

"Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.