Daşkəsən sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Daşkəsən qəsəbə sakini, 1984-cü il təvəllüdlü Məmmədov Arzu İsrail oğlu usta kimi işlədiyi tikintidə dam örtüyünü təmir edərkən yıxılıb.

O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.