Ağsu rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağsunun Navahı kəndi ərazisində qeydə alınıb. İki "VAZ 2106 markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu rayonu Qaraməmədli kənd sakini 1988-ci il təvəllüdlü Abbasov Yalçın Kazım oğlu, həyat yoldaşı 1994-cü il təvəllüdlü Pəri Abbasova, sərnişini 2000-ci il təvəllüdlü Abbasov Tacir Azər oğlu və digər avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Kərimov Mübariz Mikayıl oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.