Cəlilabadda kənd sakinlərinə məxsus atlar örüş sahəsindən oğurlanıb. Zərərçəkənlərin sözlərinə görə, oğurluğu həyata keçirmiş şəxslər izlərin itirmək üçün atları keçilməz yollarla aparmağa çalışıblar. Hadisə ilə bağlı polisə məlumat verilib.

Unikal.org xəzər Tv-yə istinadən məlumat verir ki, atlar örüş sahəsindən oğurlanıb. Hadisə Cəlilabadın Ocaqlı kəndində baş verib.

Kənd sakini Bayram Mirzəyev təsərrüfatında olan atı axşam saatlarında otlaması üçün örüş sahəsində hörükləyib. Səhər saatlarında isə atın ipinin kəsilərək oğurlandığını ona deyiblər.Analoji hadisə digər kənd sakinləri Bayram Mirzəyev və Rəhim Mirəzyevin də başına gəlib.Onların da atları həmin gecə ipləri kəsilərək naməlum şəxslər tərəfindən oğurlanıb.Zərərçəkənlərin sözlərinə görə oğurluğu həyata keçirmiş şəxslər izlərin itirmək üçün atları keçilməz yollarla aparmağa çalışıblar.

Bunu onların ayaq izlərindən də görmək olur.Artıq hadisə ilə bağlı polisə məlumat verilib.Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.