Goranboyda dəm qazından zəhərlənmə olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Qızılhacılı kənd sakini, 20 yaşlı Nərgiz adlı qız dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, gənc qız yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.