Almaniyada bankların birinin işçisi böyük səhvə yol verib.

Unikal.org Sputnik Azərbaycan-a istinadən bildirir ki, bir həftə öncə Deutsche Bank səhv olaraq 35 milyard dolları səhv hesaba göndərib.

Bankın məsul şəxsi Çarli Oliver məsələ ilə bağlı açıqlama verərək deyib ki, Deutsche Bank hesabı ilə Deutsche Bank Eurex hesabı arasında problem yaranıb: "Səhv sayılan saniyələr ərzində düzəldilib və pullar düzgün ünvana köçürülüb. Bu xətanın nədən baş verdiyini araşdırdıq və çalışacağıq ki, bir daha belə səhv təkrarlanmasın".