Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki "Mercedes markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1991-ci il təvəllüdlü Qəmbər Mollayev xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.