Suriyada Türkiyə üçün təhlükə ilk növbədə onun strateji tərəfdaşlarından gəlir.

Unikal.org xəbər verir ki, bunu şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalının efirində deyib.

"ABŞ Suriyanın şimalına silahla dolu 5 min yük maşını göndərib. Biz ABŞ-dan pulnan silah ala bilmirik, lakin onlar və koalisiya qüvvələri terrorçu qrupları bu silah-sursatı pulsuz təmin edə bilirlər. O zaman təhlükə haradan gəlmiş olur? İlk növbədə strateji tərəfdaşlarımızdan", - deyə Türkiyə lideri bildirib.