Bakıda mənzildən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşlardan biri, 1934-cü il təvəllüdlü Fuksman Ovsey Borisoviçi ölmüş, digər vətəndaşı isə halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.