Ermənistanın keçmiş prezidenti və hazırkı baş naziri Serj Sarqsyan istefa şərtlərini açıqlayıb.

Unikal.org news.am-a istinadən xəbər verir ki, Serj Sarqsyan "Luys" Fondunun bir qrup məzunlarının açıq məktubuna cavab olaraq bildirib ki, ölkənin təhlükəsiz inkişafını təmin etdikdən və Dağlıq Qarabağ münaqişəsinin izamala salınmasına nail olduqdan sonra vəzifəsindən gedəcəm.

Onun sözlərinə görə, Ermənistanda demokratiya heç vaxt "geridə qalmayacaq". Sarqsyan həmçinin deyib ki, onun baş nazir vəzifəsində olması "regiondakı mürəkkəb geosiyasətlə bağlıdır".

Qeyd edək ki, Ermənistan müxalifəti onun baş nazir vəzifəsinə təyin edilməsi əleyhinə etiraz aksiyaları keçirir. Aksiyaların gedişində yüzlərlə müxalifətçi saxlanılıb və həbs edilib.