Bu gün İrəvanda müxalifət lideri Nikol Paşinyan saxlanılıb.

Unikal.org-un məlumatına görə, bu barədə news.am məlumat yayıb. İrəvanda aksiyaçılarla polis arasında da toqquşmalar başlayıb.

Qeyd edək ki, bu gün İrəvanda Ermənistan baş naziri Serj Sərkisyan və onun istefasını tələb edən müxalifət lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz başa çatıb."Marriott Armenia" otelində keçirilən görüşün əvvəlində S. Sərkisyan danışıqların jurnalistlərin iştirakı ilə aparılmamalı olduğunu bildirib. Bundan sonra oteli tərk edib.