Əfqanıstanda daha bir partlayış törədilib və hadisə nəticəsində azı 7 nəfər həlak olub.

Unikal.org RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətindəki seçici qeydiyyatı mərkəzi qarşısında törədilən partlayış zamanı 10 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün ilk partlayış Kabildə seçicilərin qeydiyyat mərkəzi törədilmişdi. Partlayış nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb.