Xəbər verdiyimiz kimi, bu gün saat 12:50 radələrində Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb. İçəri şəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Unikal.org-a açıqlamasına bildirib ki, intihar edən qızın kimliyi bəlli olub. Belə ki, hadisə nəticəsində intihar edən qadın 42 yaşlı 1976-cı il təvəllüdlü Lənkəran rayon sakini Səfərova Ruhəngiz Canəli qızıdır.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqə gecikmə yaranıb.