Türkiyədə "qoyun otladarkən kitab oxuyan qız" kimi tanınan Kader Özer prezident Rəcəb Tayyib Ərdoğanın diqqətini də cəlb edib və onu sarayına dəvət edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kader ölkə başçısı ilə görüşmək üçün bu gün bacısı Cevahir Özer ilə Ankaraya gedəcək.

Belə ki, qoyun otararkən kitab oxuyan Kader Özerin ən böyük arzusu həkim olmaqdır. Ərdoğan bu qızcığazın arzusunu yerinə yetirmək üçün sabah prezident sarayında Kaderi bacısı ilə birlikdə qəbul edəcək.

Prezident Kader Özerin bütün təhsil xərclərini öz üzərinə götürəcəyi gözləilir.