Bu gün naməlum şəxs ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində "Waffle House" kafesi yaxınlığında insanları atəşə tutub.

Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Neşvill şəhər polisi "Twitter" sosial şəbəkəsindəki səhifəsində bildirilir ki, atəş açan şəxs çılpaq olub. Hazırda polis hadisə yerini tərk edərək gizlənən həmin şəxsi axtarır.