Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.

Unikal.org TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, bu gün Aİ-nin xarici siyasət xidmətinin mətbuat xidmətinin rəhbəri Mayi Kosnyançiçin yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.
Qeyd edək ki, son məlumata əsasən Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb. Qarşıdurmalar zamanı 7 nəfər xəsarət alıb.