Çempionlar Liqasının 1/2 final mərhələsinin "Liverpul və "Roma arasında keçiriləcək ilk matçına hakim təyinatları açıqlanıb.

Unikal.org-un  UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşü Almaniya Futbol İttifaqından Feliks Brixin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Mark Borş, Ştefan Lup (laysmanlar), Bastian Dankert, Marko Frits (əlavə köməkçi hakimlər) və Markus Xeker (dördüncü hakim) köməklik göstərəcək.

Qeyd edək ki, "Liverpul - "Roma oyunu aprelin 24-də Liverpulda, cavab görüşü isə mayın 2-si Romada keçiriləcək.

Yarımfinalın digər görüşü - "Bavariya - "Real ilk matçı aprelin 25-i, cavab qarşılaşması mayın 1-nə təyin olunub.