Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub.

Unikal.org-un məlumatına görə, 2-ci oyun günündə 3 qarşılaşma keçirilib. Əvvəlcə "Səbail "Kəpəzi qəbul edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Digər matçda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Ağdam klubu yarışın başa çatmasına 4 tur qalmış tarixində 6-cı, dalbadal 5-ci dəfə Azərbaycan çempionu olub.

Avrokuboklar uğrunda mübarizə aparan komandalar - "Neftçi" və "Qəbələ"nin matçında meydan sahbləri qalib gəliblər - 1:0.