Nikaraquada keçirilən etiraz aksiyalarını işıqlandıran jurnalistə canlı yayım zamanı atəş açılıb.

Unikal.org bildirir ki, bu barədə "Röyter yazıb.

Blufilds şəhərində baş verən aksiyalar barədə canlı yayımda izləyicilərə məlumat verən jurnalist Anqel Qahon qəfil atəş nəticəsində başından yaralanaraq yerə sərilib.

Jurnalistə atəş açan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Məlumata görə, hadisə baş verən zamanı yaxınlıqda etirazçıların qarşısını almaq üçün göndərilmiş hüquq-mühafizə orqanlarının əməkdaşları da olub. (axar.az)