Müğənni Mustafa Sandaldan boşanma ərəfəsində olan serbiyalı müğənni Emina Yahoviç ilk dəfə ayrılıq səbəblərindən danışıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, Emina indiyədək mediada yayılan keçmiş sevgilisinə qayıtması xəbərlərini inkar edib:

"Həmişə məni günahlandırdılar. Ancaq evliliyimizin başa çatmasının səbəbkarı mən deyiləm, Mustafadır. Boşanmağımıza çox az qalıb. Barışıqdan söhbət gedə bilməz. Haqlı olduğum halda, mənə böhtan atıldı. Mən bosniyalı qadınam və müsəlmanam. Yazılanların heç biri doğru deyil. Ayrılıq səbəbimizi isə demək istəmirəm, çünki şəxsi məsələdir.