Şimali Koreyada turist avtobusunun körpüdən aşması nəticəsində azı 30 nəfər ölüb. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, hələlik ölənlərin milliyyəti, qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.

Bundan əvvəl Hindistanın Qərbi Benqaliya ştatında analoji qəza nəticəsində 35 nəfər ölüb.