Azərbaycan Premyer Liqasının 24-cü turunu stadiondan izləmiş azarkeşlərin sayı bəlli olub.

Unikal.org xəbər verir ki, ən çox tamaşaçı Sumqayıtda qeydə alınıb. 2000 nəfər "Qarabağın meydan sahiblərini minimal hesabla məğlub edərək çempionluğunu rəsmiləşdirməsinin canlı şahidi olub.

Ən az azarkeş isə "Bayıl Arenada qeydə alınıb. "Səbaillə "Kəpəzin heç-heçəsini (1:1) cəmi 400 tamaşaçı izləyib.

Digər oyunlardan 8-ci km stadionunda keçirilən "Neftçi - "Qəbələ matçında (1:0) 1500, "İnter Arenada baş tutmuş "Keşlə - "Zirə qarşılaşmasında (2:1) isə 1000 tamaşaçı olub.

Ümumilikdə turun 4 oyununu 4900 tamaşaçı stadiondan izləyib ki, bu da, hər oyuna orta hesabla 1225 azarkeş deməkdir.