Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib.

Unikal.org-un məlumatına görə, birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb.

Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Həmin vulkanın görüntülərini təqdim edirik: