Bakıya gətirilən metro qatarları sərnişlərin ixtiyarına verilib. Unikal.org xəbər verir ki, "Bakı Metropoliteni" QSC ölkəyə yeni gətirlmiş 5 vaqonlu sərnişin qatarının təqdimatını edib.

Təqdimdə mərasimində jurnalistlərə açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, gələn ay daha bir qatar Azərbaycana gətiriləcək: "Ötən ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək. Qatarın vaqonları arasında keçid mövcuddur. Həmçinin qatar son texnologiyalarla təmin edilib. Yeni qatarın sərnişin tutumu da digərlərinə nisbətən çoxdur".

Onun sözlərinə görə, Metropoliten bənövşəyi xəttin B3 adlanan stansiyasında, eləcə də Dərnəgül elektrik deposunda tikinti işlərini sürətləndirilib.