Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarına hərbçilər də qoşulub.

Unikal.org "News.am-a istinadən xəbər verir ki, aksiyalarda onlarla hərbi formada olan şəxs iştirak edir. Onlar Sarkisyanın baş nazir olmasına etirazlarını bildirirlər.

Hazırda Baqramyan prospekti, Orbeli küçəsi, Açapnyak rayonunda aksiyalar keçirilir. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan isə jurnalistlərə açıqlamasında aksiyalarla əlaqədar ölkədə fövqəladə rejimin tətbiqinə ehtiyacın olmayacağına ümid etdiyini bildirib.