SON XƏBƏRLƏR
22 May 2018
“Barsa”nın keçmiş ulduzu Neymarı “Real”a keçməyə çağırdı
İDMAN 14:43 / 23.04.2018
"Barselona”nın və Braziliya millisinin sabiq ulduzu Rivaldo həmyerlisi Neymarın "Real”a keçməli olduğunu deyib.

Unikal.org xarici mətbuata istinadən xəbə verir ki, keçmiş hücumçu ölkəsinin mətbuatına açıqlamasında Neymarın hazırkı klubu PSJ-dən ayrılmalı olduğunu bildirib:

"Neymar PSJ-də qaldığı müddətdə "qızıl top”u qazanmayacaq. Dünyanın ən yaxşıları İspaniyada oynayır. "Real”a getsə, mükafatı qazana bilər. Artıq "Barselona”ya qayıtması çətin görünür. Eşitdiyimə görə, "Real” Neymarla maraqlanır. Orda dünyanın ən yaxşısı ola bilər. Bunun üçün yaxşı komandada oynamalı, qol vurmalı və komandasını çempion etməlidi”.