"Napolinin baş məşqçisi Mauritsio Sarri minimal hesablı qələbə qazandıqları "Yuventusla səfər oyunundan əvvəl rəqib azarkeşlərə təhqiramiz jest göstərib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Sarri bu hərəkəti ilə bağlı açıqlama verib. O, təhqiramiz jesti avtobuslarına tüpürən azarkeşlərə göstərdiyini bildirib:

"Mən yalnız avtobusumuza tüpürən, bizi neapollu olduğumuz üçün təhqir edən bir qrup azarkeşə cavab verdim. Bu jesti "Yuventusun bütün azarkeşlərinə aid etmək olmaz.

"Yuvenin əksər azarkeşləri olduqca mülayim və şəndilər. Qaldığımız oteldə onlardan biri vardı və biz xeyli zarafatlaşdıq. Konflikt yalnız avtobusumuza tüpürənlər və bizi təhqir edənlərlə yaşanıb.