SON XƏBƏRLƏR
26 May 2018
25 May 2018
“Onları cavanlığımda döymüşəm” - Füzuli Musayev
İDMAN 15:34 / 23.04.2018
Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Unikal.org-un suallarını cavablandırıb.

F.Musayev döydüyü idmançılar ilə yenidən qarşılaşmaq istəmədiyini deyib.

- Füzuli müəllim, karate idman növü 10 il bundan öncə Yay Olimpiya Oyunlarına salınsaydı və siz əvvəlki formanızda olsaydınız bu mötəbər yarışa qatılardınız?

- İnanın ki, mən indi də formadayam. Sadəcə, indi yarışa qatılmaq bizə yaraşmaz. Bizim yolumzu tələbələrimiz davam etdirir. Azərbaycanın müstəqilliyi əldə olunandan sonra karate üzrə ilk dünya çempionu özüməm. Sonradan ikinci dəfə də bu titula sahib oldum. O vaxtlar karatedə ən pik zirvə dünya çempionatı idi. Əfsuslar olsun ki, Olimpiya Oyunları yox idi. Rafael Ağayev mənim davamçımdır. İnanıram ki, inşallah o mənim ürəyimdə olan arzuları o yerinə yetirəcək.

Təbii ki, çox istəyərdim mən də belə bir mötəbər yarışın iştirakçısı olum. Ancaq fərqi yoxdur, tələbəmin olimpiya oyunlarına haqq qazanması özümün iştirak etməyim kimi bir şeydir. Həmin həyacanlar olacaq, sadəcə döyüşən mən olmayacam.

- Bəs veteranlar arasında yarışlara qatılmağı düşünmürsüz?

- Dünya çempionu uğuruna da nail olmuşam. Veteranlar arasında döyüşmərəm. Çünki cavan vaxtı həmin idmançıları döymüşəm və udmuşam. İndi yenidən niyə təkrarlayım? Niyə həmin idmançılarla döyüşüm? Onlar da mənim yaşımdadırlar. Hansı idmançılar ki, nəticə əldə edə bilməyib, qoy onlar veteran vaxtlarında döyüşsünlər. Mənə ehtiyac yoxdur mən sözümü cavanlıqda demişəm.

- Olimpiya Oyunlarında iştirak edəcək karateçilərdən medal gözləməyə dəyərmi?

- Təbii ki, medal qazanacağına inandığımız idmançılarımız var. Biz illərdir Karatenin olimpiya oyunlarına düşməsini arzu edirdik. İndi Karte Tokio Olimpiya Oyunlarına düşüb. Olimpiyadadakı şansı yaxşı dəyərləndirməliyik. Orada da medal gətirəcək ən real namizədlərimizdən biri də Rafael Ağayevdir. Rafaeldən başqa  çox karateçilərimiz var ki, Tokiodan medalla qayıdacağına inanırıq.

Aygün İlqarqızı