Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları, Elşad Əzizov, Fərhad Atayev, general Natavan Mirvətova və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elşad Əzizov və Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Barəsində həbs qətimkan tədbiri olmayan Natavan Mirvətovaya da barəsində 5 il sınaq müddəti olmaqla şərti cəza verilib.