SON XƏBƏRLƏR
18 Avqust 2018
17 Avqust 2018
"İslahatlar davam edəcək" - Ramiz Mehdiyev (VİDEO)
SİYASƏT 16:12 / 23.04.2018
"Ölkə başçısının islahatları göz qabağındadır və bundan sonrada davam edəcək”.

Unikal.org xəbər verir ki, yeni Kənd Təssərüfatı Naziri İnam Kərimovu kollektivə təqdim edən prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbərə müsahibəsində mühim məqamlara toxundu.

"İslahlar göz qarşısındadır. Cənab prezident kənd təsərrüfatı üzrə, sosial məsələlər, iqtisadiyyat üzrə islahlar davam edir. Bundan sonra da davam edəcək. Bu məsələlərin həlli, icrası üçün yeni kadrlar təqdim olunur".

Kənd təəsrüfatı naziri İnam Kərimov isə ölkə başçısının onun qarşısında mühüm vəzifələr qoyduğunu və bu straeji istiqamətin inkişafı üçün əsas hədəflər müəyyən ediliyini qeyd edib.

"Əsas işimiz, əsas fəaliyyət prinsipimiz 3 istiqamətdə olacaqdır. Bunlardan birincisi kəndli və fermerlərlə daha yaxın olmaq, onların qayğısını daha yaxından hiss etmək, yanlarında daim olmaq, 2-ci istiqamət düzgün və səmərəli idarəçilik, şəffaflığın təmin edilməsi, hesabatlılıq, neqativ halara qarşı mübarizə, ən böyük fəaliyyət isə 3-cü olaraq kənd təsrrüfatının inkişafında innovasiyaları tətbiq etməkdir. Və innovativ kənd təsrüffatına nail olmaqdır".