SON XƏBƏRLƏR
22 May 2018
Prezident daha bir deputata vəzifə verdi - General-mayor postunu tərk etdi
SİYASƏT 16:31 / 23.04.2018
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə deputat Vüsal Hüseynov təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri General-mayor Firudin Nəbiyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb.