Bu ilin ilk üç ayında paytaxt ərazisində baş vermiş 135 (140) yol-nəqliyyat hadisəsində 52 (45) nəfər ölüb, 108 (133) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Unikal.org  xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 3,6%, xəsarət alanların sayı isə 18,8% azalsa da, həlak olanların sayı 15,6% artıb.