Şamaxı rayonunda 4 yaşlı uşaq yanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə 2 ünvanında qeydə alınıb.

Şamaxı şəhər sakini, 2014-cü il təvəllüdlü Mələk Əlyar qızı Səlimovanın üzərinə qaynar çaydan aşıb. Nəticədə azyaşlı ağır yanıq xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xətəxanadan verilən məlumata görə, körpənin hər iki ayağının aşağı ətrafı və pəncəsi 2-3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.

Hazırda onun vəziyyəti kafidir.