20 Oktyabr 2018
19 Oktyabr 2018
Sabiq müdafiə naziri həbs olundu - 9 İL İŞ VERİLDİ
DÜNYA 18:34 / 23.04.2018

Gürcüstanda məhkəmə sabiq müdafiə naziri Baço Axalaya barəsində hökm elan edib.

Unikal.org-un "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, prokuror Maya Dçvarşeişvili bildirib ki, 4 il davam edən prosesə yekun vurulub.

Onun sözlərinə görə, B. Axalaya 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B. Axalaya həbsdə olan Gürcüstan ordusunun polkovniki Serqo Tetradzeni qətlə yetirmək cəhdində ittiham edilir.